![]() |
|
HƏMAS ilə İsrail arasında döyüşlər çərçivəsində buraxılan raket Misirin Qəzza zolağından təxminən 220 km uzaqlıqda Sinay yarımadasındakı Taba şəhərini vurub.
Xarici "Haber7com" xəbər verir ki, hadisə nəticəsində 6 nəfər yaralanıb.
Hadisə yerinə təhlükəsizlik qüvvələri göndərilib və lazımi araşdırmalara başlanılıb.
Raketin haradan atıldığı hələlik məlum deyil.