İsrail İranı vurdu: Tehranda partlayışlar, nüfuzlu generallar öldü

İsrail Hərbi Hava Qüvvələri İran ərazisinə zərbələr endirib.

Bu barədə Axios portalı mənbələrə istinadən məlumat yayıb.

“Fars” agentliyi isə bildirib ki, İran paytaxtının qərbində və şimal-şərqində partlayış səsləri eşidilib.

Tehranın imam Xomeyni adına hava limanı fəaliyyətini dayandırıb

Türkiyənin “Hüriyyət” qəzeti isə bildirib ki, İranın iki nüvə obyektində - Natanz və Fordoda partlayışlar baş verib.

İsrail ordusu bildirib ki, hədəf İranın müxtəlif bölgələrindəki nüvə obyektləridir.

Generallar həlak olub

İran mediası yazır ki, İsrailin İranın müxtəlif ərazilərinə endirdiyi hava zərbələri nəticəsində İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Baqiri və İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanı general-mayor Hüseyn Salami ölüb.

Həbibullah Səyyari ordunun müvəqqəti qərargah rəisi, Əhməd Vahidi isə “SEPAH”ın baş komandanı təyin edilib.

Neftin qiyməti qalxıb

İsrailin İrana hava hücumundan sonra “qara qızıl”ın qiyməti kəskin artıb.

“Brent” markalı neftin iyul fyuçerslərinin qiyməti 4,28% bahalaşaraq 1 barel üçün 73,35 ABŞ dolları, WTI markalı neftin iyul fyuçerslərinin qiyməti isə 7,95% artaraq 1 barel üçün 73,03 ABŞ dolları təşkil edib.

Bundan əlavə, Asiya indeksləri kimi ABŞ indeksləri də dəyər itirməyə başlayıb. İsveçrə frankı və qızılın isə qiymətləri yüksəlir.

İrandan reaksiyalar

İran İslam Respublikasının Ali Rəhbəri Seyid Əli Xameneinin xalqa müraciətində bildirib ki, İsrail gecə ərzində İrana zərbələr endirməklə özünü acılı və ağrılı taleyə məhkum edib: "İsrail sərt şəkildə cəzalandırılacaq. Hava zərbələri zamanı bir neçə komandir və alimlər həlak olub. Onların davamçıları və həmkarları dərhal işlərini davam etdirəcəklər”.

İran Baş Qərargahının sözçüsü, briqada generalı Əbülfəzl Şekarçi bəyan edib ki, İsrail İran ərazisinə, o cümlədən yaşayış binalarına zərbələr endirib: "Tehran İsrailin ABŞ-nin dəstəyi ilə həyata keçirdiyi hücumlara sərt cavab verəcək".

ABŞ-dən mövqe

“Fox News” telekanalının jurnalisti Cennifer Griff Ağ Ev rəhbərinin sözlərindən sitat gətirib: "Amerika prezidenti Donald Tramp İsrailin İrana zərbə endirmək planlarını əvvəlcədən bildiyini, lakin ABŞ-nin əməliyyatda iştirak etmədiyini vurğulayıb.

Vaşinqton ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) yüksək hazırlıq vəziyyətində olması ilə Tehranın cavab tədbiri görüb-görməyəcəyini gözləyir.

İran cavab verərsə, ABŞ özünü və İsraili müdafiə edəcək.

Biz İranın nüvə bombasına sahib olmasına icazə verə bilmərik və ümid edirik ki, danışıqlar masasına qayıdacağıq. Baxacağıq”.

13 İyun 2025 İsrail İranla tammiqyaslı müharibəyə hazır olduğunu bəyan etdi
13 İyun 2025 TƏCİLİ! İran QAN DAVASI bayrağını qaldırdı - ŞOK
13 İyun 2025 “Mossad” Tehran yaxınlığında kamikadze dron bazası qurub - ŞOK
13 İyun 2025 İsrail İranın hərbi obyektlərinə hücumu başa çatdırdı
13 İyun 2025 İsrail İran dronlarını vurmağa başlayıb - Video - Yenilənib
13 İyun 2025 Trampdan gözlənilən açıqlama gəldi
13 İyun 2025 Türkiyənin hakim partiyasından İrana hücuma - Reaksiya
13 İyun 2025 İsrail İrana hücumun detallarını açıqladı
13 İyun 2025 Hücumda özləri həlak oldu, evləri bu hala düşdü - Video - Fotolar
13 İyun 2025 Baqerinin yerinə o təyin olundu
13 İyun 2025 “Hücuma görə ABŞ də məsuliyyət daşıyır”
13 İyun 2025 İrana hücumda 6 nüvə alimi ölüb
13 İyun 2025 Xameneinin müşavirinin də öldüyü bildirilir - ŞOK FOTOLAR
13 İyun 2025 İran İsrail istiqamətinə 100-dən çox dron buraxıb
13 İyun 2025 Zelenski: Ukrayna münaqişəsinin həlli Trampın əlindədir
13 İyun 2025 KİV: İsrail yaxın günlərdə İrana hərbi zərbə endirmək imkanını nəzərdən keçirir
12 İyun 2025 Mask Trampdan niyə üzr istədi? – Gücü (və digər sinonmləri) çatmadı...
12 İyun 2025 Pezeşkian: Onlar kimdir ki, heç vaxt boyun əyməyəcəyik
12 İyun 2025 Putin: Rusiya dünyada 95%-lik nüvə triadasına sahibdir
12 İyun 2025 “İran əks-hücum planı hazırlayıb”

Xəbər lenti