|
ABŞ-ın “Nəşinl İnterest” jurnalı İŞİD-in bundan sonrakı dönəmdə öz mövqelərini gücləndirəcəyi ölkənin adını açıqlayıb.
Axar.az xəbər verir ki, jurnal bu ölkənin İordaniya olacağını bildirib.
“Hazırda bu terror təşkilatının tərkibində 3 min iordaniyalı terrorçu var. Ölkədə destabilizasiya təhdidi artır. Buna səbəb isə işsizlik və yoxsulluqdur”- deyə jurnalda bildirilib.