|
ABŞ təmsilçiləri Taliban hərəkatının nümayəndələrinə altı ay müddətinə sülh bağlamağı, həmçinin gələcəkdə Əfqanıstanın siyasi sisteminin bir hissəsi olmağı təklif edib.
Axar.az xəbər verir ki, Taliban nümayəndələri bunun əvəzində təşkilatın həbsdə saxlanılan bütün üzvlərinin azadlığa buraxılması, hərəkat liderlərinin hərəkətinə qoyulan qadağanın aradan qaldırılması və amerikalı hərbçilərin Əfqanıstan ərazisini tərk edəcəyi dəqiq vaxtın elan olunması tələbini irəli sürüb.
“Hazırda ABŞ və Əfqanıstan ordusuna hücumların 95 faizi Taliban hərəkatının silahlıları tərəfindən həyata keçirilir. Mümkün atəşkəs taliblərə deyil, ABŞ və Əfqanıstan silahlı qüvvələrinə sərf edir. Bu səbəbdən sülh təklifi ABŞ tərəfindən irəli sürülüb”, - deyə bildirilib.
Bununla yanaşı, Taliban nümayəndələri Pakistan, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin mümkün atəşkəsin qarantı olmasında təkid edirlər.