|
Ermənistanın Rusiyanın qarmağından çıxmaq kimi bir imkanı yoxdur.
Bu sözləri Axar.az-a açıqlamasında politoloq, millət vəkili Rasim Musabəyov deyib. Deputat son günlər ekspert dairələrində Ermənistanın Rusiya ilə əlaqələri bərpa etməyə çalışması barədə gedən müzakirələrlə razılaşmayıb:
“Ümumiyyətlə, Ermənistan Rusiyadan qopmayıb ki, ona da geri qayıtsın. Sadəcə olaraq, Ermənistanda hakimiyyətə qərbpərəst qüvvələr gəlib. Ancaq heç nə Ermənistanın Rusiyanın forpostu olması reallığını dəyişdirə bilməz. Ermənistan Azərbaycan və Türkiyə ilə düşmənçilik siyasətini davam etdirənə qədər Rusiyanın qarmağından çıxa bilməyəcək”.