|
İraq ilə vizaları ləğv etməyə hazırıq.
Axar.az xəbər verir ki, bu sözləri İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərif Bağdadda çıxışı zamanı deyib.
“İraq ilə əlaqələrimizdə heç bir sərhəd qəbul etmirik. İraqa olan vizaları ləğv etməyə, sərhəd bölgələrdə sənaye şəhərləri yaratmağa və iqtisadi əməkdaşlığı artırmağa hazırıq. Bir-birimizə güvənərək daha gözəl gələcək qura bilərik”, - deyə Zərif bildirib.