|
ABŞ Prezidenti Donald Tramp antisemitizmlə mübarizə haqqında qanunu imzalayıb.
Axar.az xəbər verir ki, yeni sənəddə antisemitizmlə mübarizənin Amerika ilə bərabər Avropada da aparılmasının Vaşinqtonun milli maraqlarına uyğun olduğu vurğulanıb.
Sənəddə həmçinin Avropada antisemit insidentlərin sayının artdığı, yəhudilərin fiziki təqiblərə məruz qaldığı, yəhudi cəmiyyətlərinin, məktəblərinin, sinaqoqlarının təhlükəsizliyinin təminatına ehtiyac olduğu vurğulanıb.