|
Türkiyənin Sahil Təhlükəsizlik Xidməti Egey dənizi sahillərində miqrant faciəsinin qarşısını alıb.
Axar.az xəbər verir ki, Sahil Təhlükəsizlik Xidmətinə Quş adası rayonu sahilində miqrantların qayığının batması ilə bağlı xəbər daxil olub.
Xidmət əməkdaşları vaxtında müdaxilə edərək 40 miqrantı xilas edə bilib. Qayıqda olanlardan yalnız bir nəfər dünyasını dəyişib.
Miqrantların hansı ölkədən gəldikləri ilə bağlı məlumat verilməyib.