|
Demokratlar Partiyasından olan senator Kirsten Qillibrand ABŞ-da 2020-ci ildə keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürmək niyyətini açıqlayıb.
Axar.az xəbər verir ki, bu barədə CNN informasiya yayıb.
Qillibrand prezident seçilərək Vaşinqtondakı rüşvət və acgözlüklə mübarizə aparmaq, səhiyyə və təhsil sistemini düzəltmək istədiyini bildirib.
Qeyd edək ki, ABŞ-da 2020-ci ildə keçiriləcək prezident seçkilərində ABŞ-ın sabiq şəhərsalma naziri Culian Kastro, İraq müharibəsinin iştirakçısı, Təmsilçilər Məclisinin üzvü Tulsi Qabbard və Demokratlar Partiyasının üzvü Elizabet Uorren namizəd olacaqlarını açıqlayıblar.