|
Meksikanın keçmiş prezidenti Enrike Pena Nieto 100 milyon dollar rüşvət almaqda ittiham edilib.
Axar.az xəbər verir ki, bu barədə meksikalı narkobaron Xuakin Quzmanın (El Çapo) məhkəmə işində şahid qismində dindirilən narkobaronun sağ əli Aleks Cifuentes danışıb.
Onun sözlərinə görə, prezident əvvəlcə 250 milyon dollar istəyib, sonradan isə 100 milyon dollar almağa razılıq verib. Pullar isə 2012-ci ildə El Çaponun bir yaxını tərəfindən Mexiko şəhərinə aparılıb.