|
ABŞ vitse-prezidenti Mayk Penslə Venesuela parlamentinin spikeri Xuan Quaido arasında telefon danışığı olub.
Axar.az xəbər verir ki, Pens telefon danışığı zamanı Quaidoya ABŞ tərəfindən dəstək veriləcəyini bildirib. Pens həmçinin onu cəsarətinə görə təbrik edərək, Venesuelanın yeganə qanuni orqanının rəhbəri olduğunu deyib.
Qeyd edək ki, bundan öncə CNN televiziyası ABŞ Prezidenti Donald Trampın Quaidonu ölkənin yeganə legitim lideri kimi tanımağa hazırlaşdığı barədə məlumat yayıb.