|
Vladimir Putinin fərqli obyektlərin öz adıyla adlandırılmasından xoşu gəlmir.
Axar.az xəbər verir ki, bunu “Arqumenti i Faktı” qəzetinə müsahibəsində Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. Bununla belə, Peskov Qroznıda Putinin adına küçə verilməsinin xüsusi hal olduğunu və bunun daha çox həmin bölgənin adətləri ilə bağlı olduğunu deyib.
O, Putinin harasa mühafizəsiz getməsinin mümkün olmadığını da bildirib.