|
ABŞ Prezidenti Donald Trampın Ədliyyə naziri vəzifəsinə namizəd göstərdiyi Uilyam Barr senatorlara müraciət edib.
Axar.az xəbər verir ki, Barr siyasi müdaxilə olmadan Trampın Rusiya ilə əlaqələrinin araşdırılmasının davam edəcəyi barədə senatorlara zəmanət verib.
O, nazir olacağı təqdirdə prosesin şəffaf şəkildə aparılmasını müşayiət edəcəyini deyib.
Barr hazırki Ədliyyə naziri Cef Sessionsun bu istintaqla bağlı geri çəkilməsini düzgün qərar kimi dəyərləndirib.