|
Türkiyənin hər vəziyyətdə ABŞ embarqosuna qarşı planı var.
Axar.az xəbər verir ki, bu sözləri türkiyəli professor, siyasi ekspert Məsud Haqqı Caşın deyib.
O bildirib ki, embarqo tətbiq ediləcəyi halda Türkiyə Rusiya ilə əməkdaşlıq edərək təyyarə mühərriki ala bilər:
“F-35 təyyarələrinin alıması S-400 alışına mane olmayacaq. Hər suveren dövlət kimi, Türkiyə də istədiyi müdafiə sistemini almaq imkanına malikdir. 60 illik NATO üzvü olan Türkiyə heç vaxt alyansın məlumatlarını üçüncü tərəfə ötürməyib. Əgər ABŞ F-35 satmazsa, uduzan özü olacaq”.