|
Düşmən qüvvələrdən və ya başqa güclərdən bizə yönələ biləcək hər bir raketi vuracağıq.
Axar.az xəbər verir ki, bu açıqlama ilə ABŞ Prezidenti Donald Tramp çıxış edib.
"Raketin tipi və ya hücumun coğrafi mənbəyi nə olursa olsun, buna imkan verməyəcəyik. İranın ballistik raket sınağı uğurlu olsaydı, onlara kritik məlumatlar veriləcəkdi. ABŞ-a yönəlmiş hər hansı bir hərəkətə imkan verməyəcəyik", - Tramp qeyd edib.
O, İranın iki il əvvəlkindən çox fərqli bir ölkə olduğunu və Tehranın Vaşinqtonla dialoq qurmaq istədiyini deyib.