|
"Türk axını"na investisiya yatırmağa hazırıq.
Axar.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Belqrad səfərində Serbiya Prezidenti Aleksandr Vuçiçlə görüşündə bildirib.
Layihənin Bolqarıstan-Serbiya-Macarıstan üzərindən Avropaya çatdırılmasını dəyərləndirən Putin Ərdoğanın səfərindən danışıb:
"Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da gələn həftə ziyarətimizə gələcək. Türkiyənin "Türk axını" məsələsindəki mövqeyini bilirik. Bu yöndə müsbət işlər var. Türkiyə Avropadakı tərəfdaşları ilə əlaqələrini inkişaf etdirməyə çalışır".