|
Belaruslarla rusiyalıları toqquşdurmaq alınmayacaq.
Axar.az xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.
Lukaşenko Belarusda ruslara hücumla bağlı informasiyanın öncə internetdə, daha sonra isə Rusiya mətbuatında geniş istifadə edildiyini deyib. O, Belarusda ruslara hücumla bağlı məlumatın yanlış olduğunu deyib və internetdə yerləşdirilən videonun isə həqiqət olmadığını söyləyib.