|
Çiçəklənən Ermənistan Partiyasının rəhbəri Qagik Çarukyan erməni deputatları təhdid edib.
Axar.az xəbər verir ki, jurnalistlərə açıqlama verən Çarukyan hər kəsi ehtiyatlı olmağa çağırıb, əks təqdirdə onlarla bağlı faktları açıqlayacağını bildirib.
“Mənim dediklərim təkcə Edmon Marukyana yox, hər kəsə aiddir. Biz Çiçəklənən Ermənistan Partiyasına ləkə atmayan hər kəsə hörmət edirik. Əgər kimsə bizi təhqir etməyə cəhd etsə, o zaman sənədli cavab alacaq”, – deyə o bildirib.