|
Türkiyə ötən il müvəffəqiyyətlə "Fərat qalxanı" və "Zeytun budağı" əməliyyatını birdi.
Bu əməliyyatlardan sonra bölgədə mülki və inzibati quruluşun necə olacağı sınaq qarşısında qaldı.
Axar.az xəbər verir ki, bu barədə danışan Türkiyənin Suriya üzrə eksperti Oytun Orxan önəmli məlumatlar verib.
"O bölgədə yaranacaq idarəetmə modeli həm xalqın Türkiyəyə olan baxışına müsbət təsir göstərmək, həm də Türkiyənin Suriyanın şərqindəki digər bölgələrdə terrorla mübarizə əməliyyatlarındakı yerli dəstəyi ala bilməsi baxımından böyük əhəmiyyət daşıyırdı. Türkiyə hər bir bölgədə, o bölgənin özünə xas xüsusiyyətlərini ehtiva edən mülki idarələr qurdu. Yerli məclislər quruldu və bu yerli məclislər bələdiyyələrin funksiyasını üzərinə götürdü. Bu yerli məclislər tamamilə o şəhərin demoqrafik strukturuna uyğun olaraq, yerli insanlar arasından seçilən şəxslərdən yaradıldı. Bölgədə həmçinin bir təhlükəsizlik qurumu da yaradılıb. Azad Suriya Ordusu şəhər mərkəzlərindən çıxarıldı və şəhərlər daxilində polis qüvvələri yaradıldı. ASO da daha çox cəbh nöqtələrinə yönəldildi. Bütün bunlar edilərkən Türkiyə öz təcrübəsini və institusional potensialını bu bölgəyə əks etdirməyə çalışdı", - Orxan qeyd edib.