|
Ermənistanın keçmiş prezidenti Robert Köçəryan “1in.am” saytına məhkəmədə qalib gəlib.
Axar.az xəbər verir ki, bunu Köçəryanın vəkillər komandasının mətbuat katibi Elen Arakelyan deyib. Qərara əsasən, məhkəmə saytın Köçəryanla bağlı yayımladığı məqalə ilə bağlı təkzib dərc etməlidir.
Qeyd edək ki, “1in.am” saytını Köçəryan 2018-ci ilin yayında məhkəməyə verib. Buna səbəb saytın 2008-ci ildəki aksiyalar zamanı etirazçılara atəş açmaq əmrini Köçəryanın verməsi barədə iddiasıdır.
“1in.am” saytı Ermənistanın hazırkı Baş naziri Nikol Paşinyana yaxınlığıyla seçilir.