|
Moskvada qondarma Dnestryanının rəsmi nümayəndəliyi açılıb.
Axar.az xəbər verir ki, bu barədə məlumatı qondarma Dnestryanı rejiminin liderinin mətbuat xidməti yayıb.
Qeyd edək ki, ilk dəfə Moskvada Dnestryanı nümayəndəliyi 2005-ci ildə peyda olub. Onun funksiyalarını o zaman Dnestryanı Əməkdaşlıq Mərkəzi İctimai Təşkilatı icra edib. 2012-ci ildə bu strukturun fəaliyyəti dayandırılıb.