|
Türkiyənin Suriyada əsas məqsədi İŞİD terror qruplaşmasına və PKK ilə bağlılığı olan YPG dəstələrinə qarşı mübarizə aparmaqdır.
Axar.az xəbər verir ki, bunu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Putinlə görüşdən sonra baş tutan mətbuat konfransında çıxışı zamanı deyib.
"Bizim əsas vəzifəmiz Suriyanı İŞİD-dən və YPG-dən təmizləməkdir. Bu, bizim borcumuzdur. Bu məlumatı mən Rusiya tərəfinə çatdırdım. Biz terrorçuluğa qarşı mübarizədə koordinasiyanı gücləndirəcəyik".
Ərdoğan qeyd edib ki, bəzi terror təşkilatları Rusiya və Türkiyə əməkdaşlığını pozmağa çalışırlar.