|
Ruslarla belarusları toqquşdurmaq heç vaxt alınmayacaq.
Axar.az xəbər verir ki, bunu Novosibirsk qubernatoru Andrey Travnikovla görüşü zamanı Belarus Prezidenti Aleksandr Lukaşenko deyib. Onun sözlərinə görə, Belarus rusiyalıların doğma evidir.
O, həmçinin deyib ki, Belarus, Rusiya və Ukrayna bir yerdə olmaq məcburiyyətindədir:
“Biz slavyanlarıq və bir yerdə yaşamalıyıq. Biz heç kimə heç yerdə lazım deyilik. Bunu bütün tariximiz göstərir”.