|
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ prezidenti Donald Trampın müxalifət lideri Xuan Quaydonu Venesuela prezidenti kimi tanımasına münasibət bildirib.
“Qafqazinfo” “Hürriyet”ə istinadən xəbər verir ki, Ərdoğan Trampın açıqlamasının onu şoka saldığını bildirib:
“15 iyulda çevrilişə cəhd bizdə də olmuşdu. Həmin vaxt cənab Maduro dərhal mənə zəng etdi və hətta Türkiyəyə gəldi. O vaxta qədər Maduro ilə tanış deyildik. Tanış olduq. Mən demokratiyanı belə tanıdım, 40 illik siyasi keçmişim var. Sandıqdan çıxana hörmət etməlisən. Hörmət etmirsinizsə, bu, demokratiya deyil. Totalitar zehniyyətdir. Trampın bu cür açıqlaması demokratiyaya inanan bir insan kimi məni şoka saldı.
Mən də Rusiyadan qayıdarkən Maduroya zəng vurdum. Ona bu vəziyyətdə “dik dur, anti demokratik təşəbbüslərə bəhanə vermə” dedim. Demokratların yanında olmalıyıq. Mən Maduronun bu çətinliyin öhdəsindən gələcəyinə inanıram”.