|
ABŞ Prezident Nikolas Maduronun rəhbərlik etdiyi Venesuela hökumətini bütün gəlir mənbələrindən məhrum etməyə çalışır.
Axar.az xəbər verir ki, bunu “Foks Biznes” televiziyasına açıqlamasında ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton deyib.
“Maduronun qeyri-legitim rejimini bütün gəlir mənbələrindən məhrum etməyə çalışırıq. Hesab edirik ki, Xuan Quaido qanuni prezident kimi tanınandan sonra bütün gəlirlər legitim hökumətə verilməlidir. Bu isə çox çətindir”, – deyə o bildirib.