Rusiyanın Venesueladakı mümkün hakimiyyət dəyişikliyinə həssas münasibətinin səbəbi təkcə siyasi deyil.

Bu sözləri Axar.az-a açıqlamasında iqtisadçı ekspert Rövşən Ağayev deyib. O bildirib ki, sözügedən məsələdə iqtisadi amillər həlledicidir:

“Karakasın Moskvaya 17, Çinə isə 50 milyard dollar borcu var. Həmin borclar dövlətin öhdəliyi olsa da, burada bir incə nüans mövcuddur. İndiyə qədər Venesuelada defolt məsələsi gündəmdə idi. Yəni defolta əsasən dövlət beynəlxalq hüquqa uyğun olaraq borclarını ödəmə qabiliyyətsizliyini bəyan edir. Ancaq Madura buna getmədi. Rusiyanın da Venesueladakı mümkün hakimiyyət dəyişikliyinə həssas münasibətinin səbəbi təkcə siyasi deyil. Çünki defolt zamanı Karakasın Rusiya və Çinə olan borcunun taleyi sual altında qala bilər”.

İqtisadçının sözlərinə görə, defoltun dövlət üçün başqa mənfi tərəfləri də var:

“Defolt elan edilmiş tərəf artıq beynəlxalq aləmdən borc ala bilmir. Bu zaman həmin dövlətin kredit reytinqi tamamilə ləğv olunur və nəticədə maliyyə bazarlarına çıxışı məhdudlaşır. Buna görə də Veneuelada defolt məsələsi rəsmiləşdirilmirdi. Çünki ölkənin əsas aktivləri neft şirkətlərində olduğundan defolt zamanı nəinki Venesuelanın xaricdəki aktivləri dondurulacaqdı, faktiki olaraq neftdən qazanılan vəsaitlər borca tutulacaqdı. Maduro da məhz bu məlum səbəbdən dolayı defolta getmədi”.

Ekspert bildirib ki, Venesuelada yeni hakimiyyət formalaşarsa, o, Qərbin dəstəyi ilə defolta gedəcək:

“Bu zaman Maduronun və digər hökumət nümayəndələrinin bütün sərvətinə həbs qoyulacaq. Bununla da Venesuelanı bir müddət xilas etmək mümkün olacaq”.

28 Aprel 2025 Kəşfiyyat: Rusiya üç keçmiş sovet ölkəsinə hücum edəcək
28 Aprel 2025 Kim Çen In: “Əsgərlərimiz Kurskda qəhrəmanlıq hekayələri yazdılar”
28 Aprel 2025 İrandakı partlayışda ölənlərin sayı artdı
28 Aprel 2025 ABŞ Yəmənə zərbə endirdi - 30 ölü, 50 yaralı
28 Aprel 2025 Trampın 100 günü: Dünya başqa dünyadır - ABŞ-ın 47 -ci prezidenti nələr etdi, nələri edə bilmədi?
28 Aprel 2025 Dünyanın gözü bu gərginlikdə: Türkiyə Pakistana 6 təyyarə dolusu SİLAH GÖNDƏRDİ
28 Aprel 2025 İsrailli generaldan etiraf: HƏMAS-ı məğlub edə bilmədik
28 Aprel 2025 Makronun mühafizə rəisi “Qırmızı Bülleten”lə axtarışa verildi - ŞOK
28 Aprel 2025 Ermənistanı xəritədən siləcək dörd ssenari: Bütün variantlar onu Rusiyanın tərkibinə aparır
26 Aprel 2025 Dünya liderləri Romaya toplaşır - Fotolar - Yenilənir
26 Aprel 2025 Çernobıl AES-də baş verən qəzadan 39 il ötür
25 Aprel 2025 Tramp ermənilərin gözləntilərini puç etdi
25 Aprel 2025 Paris Bakıdan ehtiyat edir, səbəb isə... - Fransalı ekspert
25 Aprel 2025 İstanbulda Rusiya-Türkiyə danışıqları başladı
25 Aprel 2025 Ermənistan sadəcə olaraq yox olacaq - Yeqanyan
25 Aprel 2025 ABŞ-la Paşinyan razılaşdı - AES əvəzinə hakimiyyət...
25 Aprel 2025 Hindistanla Pakistan arasında gərginlik artır
25 Aprel 2025 Tramp Putinə çağırış etdi - “Dayan!”
25 Aprel 2025 Türkiyədə növbəti dəfə zəlzələlər baş verib
25 Aprel 2025 ABŞ Suriyaya qarşı sanksiyaları ləğv edir?

Xəbər lenti