2008-ci ildə konstitusiya quruluşunu devirmək ittihamı ilə həbs olunmuş Ermənistanın sabiq prezidenti Robert Köçəryan yanvarın 25-də həmfikirlərinə müraciətlə çıxış edərək Nikol Paşinyanın hazırkı hakimiyyətini sərt tənqid edib və özünü siyasi məhbus adlandırıb.

Axar.az xəbər verir ki, respublikanın sabiq rəhbərinin bu barədə bəyanatı ona məxsus qeyri-rəsmi saytda dərc olunub.

“Ermənistanın hakimiyyət orqanları baş nazir Nikol Paşinyanın rəhbərliyi ilə siyasi və dövlət idarəçiliyində tam gücsüzlük nümayiş etdirir. Aydın görünür ki, yaxın zamanlarda biz böyük məyusluq dalğasının şahidi olacağıq. İqtisadi, daxili və xarici siyasətdə yol verilən kobud səhvlər isə bizə çox baha başa gələcək. Cinayət işimə gəldikdə isə, mən siyasi məhbusam”, - deyə Köçəryan müraciətində bildirib.

Ermənistanın sabiq prezidenti, həmçinin barəsində başlayan cinayət işini “perspektivsiz məşğuliyyət” adlandırıb və “bir neçə avantürist tərəfindən qurulan saxta işin artıq puça çıxdığını” deyib. “Mən hələ də bu işi hüquqi zibil hesab edirəm. Həbsxana məni siyasi fəaliyyətdən imtina etməyə məcbur edə bilməz”. – deyə o, sözlərinə əlavə edib.

28 Aprel 2025 Kəşfiyyat: Rusiya üç keçmiş sovet ölkəsinə hücum edəcək
28 Aprel 2025 Kim Çen In: “Əsgərlərimiz Kurskda qəhrəmanlıq hekayələri yazdılar”
28 Aprel 2025 İrandakı partlayışda ölənlərin sayı artdı
28 Aprel 2025 ABŞ Yəmənə zərbə endirdi - 30 ölü, 50 yaralı
28 Aprel 2025 Trampın 100 günü: Dünya başqa dünyadır - ABŞ-ın 47 -ci prezidenti nələr etdi, nələri edə bilmədi?
28 Aprel 2025 Dünyanın gözü bu gərginlikdə: Türkiyə Pakistana 6 təyyarə dolusu SİLAH GÖNDƏRDİ
28 Aprel 2025 İsrailli generaldan etiraf: HƏMAS-ı məğlub edə bilmədik
28 Aprel 2025 Makronun mühafizə rəisi “Qırmızı Bülleten”lə axtarışa verildi - ŞOK
28 Aprel 2025 Ermənistanı xəritədən siləcək dörd ssenari: Bütün variantlar onu Rusiyanın tərkibinə aparır
26 Aprel 2025 Dünya liderləri Romaya toplaşır - Fotolar - Yenilənir
26 Aprel 2025 Çernobıl AES-də baş verən qəzadan 39 il ötür
25 Aprel 2025 Tramp ermənilərin gözləntilərini puç etdi
25 Aprel 2025 Paris Bakıdan ehtiyat edir, səbəb isə... - Fransalı ekspert
25 Aprel 2025 İstanbulda Rusiya-Türkiyə danışıqları başladı
25 Aprel 2025 Ermənistan sadəcə olaraq yox olacaq - Yeqanyan
25 Aprel 2025 ABŞ-la Paşinyan razılaşdı - AES əvəzinə hakimiyyət...
25 Aprel 2025 Hindistanla Pakistan arasında gərginlik artır
25 Aprel 2025 Tramp Putinə çağırış etdi - “Dayan!”
25 Aprel 2025 Türkiyədə növbəti dəfə zəlzələlər baş verib
25 Aprel 2025 ABŞ Suriyaya qarşı sanksiyaları ləğv edir?

Xəbər lenti