|
Yunanlar heç bir şeyi Türkiyə tərəfi ilə bölüşmək istəmir.
Axar.az xəbər verir ki, bunu Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu Şimali Kipr Respublikasının Prezidenti Mustafa Akıncı ilə görüşündə bildirib.
"Cənab Anastasiadis ikitərəfli görüşlərimizdə onsuz da bunu etiraf edib. Nyu Yorkdakı görüşümüzdə başqa variantlar üzərində dayanıb. Ancaq konkret olaraq nə istədiklərini bildirməyiblər", - Çavuşoğlu qeyd edib.
Akıncı isə artıq ikidövlətli həll prosesinin gündəmə gəldiyini, ancaq yunan icmasının buna hazır olmadığını söyləyib.