2019.01.25. 19:53

Yunanıstan parlamenti keçmişdə Yuqoslaviyadan ayrılan Makedoniya Respublikasının adının Şimali Makedoniyaya dəyişdirilməsi barədə Afina və Skopye arasında imzalanan sazişi təsdiqləyib.

Axar.az xəbər verir ki, yanvarın 25-də Yunanıstanın əsas qanunverici orqanında üç günlük müzakirələrdən sonra keçirilən səsvermədə 300 deputatdan 153-ü sazişin lehinə, 146-sı əleyhinə səs verib, bir nəfər isə bitərəf qalıb. Sənədin ratifikasiyası üçün zalda olan parlament üzvlərinin sadə səs çoxluğu kifayət etsə də, Baş nazir Aleksis Çipras sazişi azı 151 səslə qəbul etdirməyi qarşısına məqsəd qoymuşdu.

Afina və Skopye 2018-ci il iyunun 17-də Yunanıstanın Prespes bələdiyyəsində Makedoniyanın adının Şimali Makedoniya Respublikasına dəyişdirilməsi barədə saziş imzalayıblar. Həmin saziş bir müddət öncə Makedoniya parlamenti tərəfindən təsdiqlənib.

Makedoniya Respublikasının adı ətrafında yaranmış vəziyyət bu ölkənin Avropa İttifaqı və NATO ilə yaxınlaşmasına mane olur. Belə ki, vilayətlərindən birinin adı Makedoniya olan Yunanıstan Makedoniya Respublikasının adına qarşı çıxır. Bu səbəbdən Yuqoslaviya Sosialist Federativ Respublikası dağıldıqdan sonra Makedoniya BMT-yə keçmiş Yuqoslaviyanın Makedoniya Respublikası adı ilə qəbul edilib. Yunanıstan xəritələrində isə onun adı ölkə paytaxtının adı ilə - Skopye kimi qeyd olunur.

***

Bu gün tarixi gündür.

Bu sözləri Yunanıstan Baş naziri Aleksis Çipras Afina və Skopye arasında imzalanan sazişin təsdiqlənməsi ilə bağlı açıqlamasında deyib.

“Yunanıstan tarixin önəmli hissəsini qoruyur. Keçmiş Makedoniya mirası... Bu gün Balkan tarixində yeni səhifə açdıq. Milliyətçi nifrətin, anlaşılmazlıqların və qarşıdurmaların yerini dostluq, sülh və əməkdaşlq tutdu”, - deyə o bildirib.

28 Aprel 2025 Kəşfiyyat: Rusiya üç keçmiş sovet ölkəsinə hücum edəcək
28 Aprel 2025 Kim Çen In: “Əsgərlərimiz Kurskda qəhrəmanlıq hekayələri yazdılar”
28 Aprel 2025 İrandakı partlayışda ölənlərin sayı artdı
28 Aprel 2025 ABŞ Yəmənə zərbə endirdi - 30 ölü, 50 yaralı
28 Aprel 2025 Trampın 100 günü: Dünya başqa dünyadır - ABŞ-ın 47 -ci prezidenti nələr etdi, nələri edə bilmədi?
28 Aprel 2025 Dünyanın gözü bu gərginlikdə: Türkiyə Pakistana 6 təyyarə dolusu SİLAH GÖNDƏRDİ
28 Aprel 2025 İsrailli generaldan etiraf: HƏMAS-ı məğlub edə bilmədik
28 Aprel 2025 Makronun mühafizə rəisi “Qırmızı Bülleten”lə axtarışa verildi - ŞOK
28 Aprel 2025 Ermənistanı xəritədən siləcək dörd ssenari: Bütün variantlar onu Rusiyanın tərkibinə aparır
26 Aprel 2025 Dünya liderləri Romaya toplaşır - Fotolar - Yenilənir
26 Aprel 2025 Çernobıl AES-də baş verən qəzadan 39 il ötür
25 Aprel 2025 Tramp ermənilərin gözləntilərini puç etdi
25 Aprel 2025 Paris Bakıdan ehtiyat edir, səbəb isə... - Fransalı ekspert
25 Aprel 2025 İstanbulda Rusiya-Türkiyə danışıqları başladı
25 Aprel 2025 Ermənistan sadəcə olaraq yox olacaq - Yeqanyan
25 Aprel 2025 ABŞ-la Paşinyan razılaşdı - AES əvəzinə hakimiyyət...
25 Aprel 2025 Hindistanla Pakistan arasında gərginlik artır
25 Aprel 2025 Tramp Putinə çağırış etdi - “Dayan!”
25 Aprel 2025 Türkiyədə növbəti dəfə zəlzələlər baş verib
25 Aprel 2025 ABŞ Suriyaya qarşı sanksiyaları ləğv edir?

Xəbər lenti