![]() |
|
Yeni partiya quracağı ilə bağlı yayılan iddialar qarşısında Türkiyənin XI prezidenti Abdullah Gül səssizliyini qoruyur.
Axar.az xəbər verir ki, Abdullah Gül 2019-cu ildən bəri rəsmi Tvitter hesabında heç bir tvit paylaşmayıb.
Onun 8,5 milyonluq Tvitter hesabında Əhmət Davudoğlu və Əli Babacanla birlikdə yeni partiya quracağı ilə bağlı məlumatlara heç bir reaksiya verməməsi diqqətdən yayınmayıb.
Qeyd edək ki, Gülün sonuncu paylaşımı 2019-cu ilin gəlişi münasibəti ilə yazdığı təbrik tviti olub.