|
ABŞ hökumətinin həmişəlik açılması üçün Meksika sərhədində divar çəkilməsi şərtdir.
Axar.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp şəxsi Tvitter səhifəsində yazıb:
“21 gün çox tez keçəcək. Razılıq asan olmayacaq, amma demokratlarla danışıqlar ən qısa müddətdə başlamalıdır. O divarı tikəcəyik”, - deyə o qeyd edib.
Tramp ötən aylarda Latın Amerikasından gələn miqrantların geri qaytarıldığını, lakin 8 min nəfərlik qaçqın konvoyunun ABŞ-a gəlməyə hazırlaşdığını bildirib:
“Güclü divarımız olsaydı, bu uzun və təhlükəli yola düşməzdilər. Divarı qur və cinayətin qarşısı alınsın!”
Qeyd edək ki, ABŞ-da Meksika ilə sərhəddə divar tikintisinin maliyyələşdirilməsi barədə razılıq əldə olunmadığı üçün hökumət dekabrın 22-də fəaliyyətini dayandırıb. 34 gün fasilədən sonra ötən gün hökumətin 3 həftəliyinə açıldığını bildirən Tramp razılıq əldə edilməsə, hökumətin 15 fevraldan yenidən bağlana biləcəyini deyib.