|
Macarıstanın Baş naziri Viktor Orban ABŞ-ın istəyi ilə Rusiya və Çinə qarşı təzyiq göstərməkdən imtina edib.
Axar.az xəbər verir ki, bu barədə “Vol Strit Jurnal” yazıb.
Baş nazir Macarıstanın Avstriya nümunəsi ilə hərəkət edərək, neytrallığını qorumaq niyyətində olduğunu bildirib.
Orban Çinin kibercasusluq fəaliyyətinə qarşı tədbirlər görməkdən, həmçinin Ukrayna tərəfinə dəstəyi artırmaqdan imtina edib.
Macarıstan hökumətinə yaxın mənbələr Orbanın Rusiya ilə münasibətləri qorumaqda maraqlı olduğunu, həmçinin siyasətlə bağlı heç kimin diqtəsi ilə hərəkət etmək istəmədiyini bildirib.