|
İsrail Baş naziri Benyamin Netanyahu İordan çayının qərb sahilində yerləşən Hebronda Müvəqqəti Beynəlxalq Mövcudluq (TİPH) müşahidəçilik qrupunun mandatını uzatmaqdan imtina edib.
Axar.az xəbər verir ki, bu məlumatı İsrail baş nazirinin mətbuat xidməti yayıb. Məlumatda İsrailin bundan sonra da ona qarşı çıxan beynəlxalq güclərin ölkə ərazisində mövcudluğuna izn verilməyəcəyi bildirilib.
Qeyd edək ki, Xevron şəhərinin bir hissəsində fələstinlilər, digər hissəsində isə israillilər yaşayır. 1990-cı illərin ortalarından TİPH-in nümayəndələri şəhərdə müşahidəçilik aparır.