Ölkə başçısının atmış olduğu bu addım gənclərimiz və bu gün torpaqlarımızın azad edilməsi uğrunda səngərlərdə xidmət aparan, erməni ilə üz-üzə dayanan əsgər və zabitlərimizin əhval-ruhiyyəsinə təsir göstərəcək. Çünki onlar bir daha əmin oldular ki, dövlət və Prezidentimiz onlarla bərabərdir, torpaq və vətən uğrunda şəhid olanlar unudulmur, ölkə başçısının onlara yüksək səviyyədə diqqət və qayğısı var. Bu, həm də vətənpərvərlik ruhunun və dövlətçiliyimizə etimadın güclənməsinə son dərəcə mühüm təsir göstərdi.

Bu sözləri Axar.az-a açıqlamasında millət vəkili Fəzail Ağamalı deyib. O bildirib ki, prezidentin dünən imzaladığı fərman ölkə başçısının ərazi bütövlüyümüz uğrunda döyüşən, şəhid olan insanlara və onların ailələrinə yüksək münasibətinin göstəricisi kimi qiymətləndirilməlidir:

“Təsadüfi deyil ki, İlham Əliyevin ötən il prezident seçildikdən sonra ilk fərmanı şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı olmuşdu. Bu uzun illərdən bəri müzakirə predmetinə çevrilən, ən müxtəlif səviyyələrdə gündəliyə gələn prosesin başlanğıcı olmuşdu. Ölkə başçısı hesab edirdi ki, bu proseslərin icrası zamanı sosial ədalət hökmən nəzərə alınmalı və heç kim diqqətdən kənar qalmalı deyil”.

Millət vəkili qeyd edib ki, şəhid ailələrinə verilən 11 min manat vəsaitin ətrafında cəmiyyətdə müəyyən müzakirələr gedirdi:

“Söhbət vaxtilə şəhid ailələrinə verilmiş olan vəsaitin hesablanması və onların bundan kənarda qalmasından gedirdi. Bununla bağlı həmin insanların narazılığı var idi. Onlar Milli Məclisin qarşısında bizlərlə görüşürdülər. Millət vəkilləri mən də daxil olmaqla bu cür insanlara müavinətin verilməsini önə çəkdik. Ölkə başçısının idarəçilik sisteminin üstün cəhətlərindən biri də cəmiyyətdə gedən diskussiyalara və müzakirələrə diqqətlə yanaşması və eyni zamanda Milli Məclisdə millət vəkilləri tərəfindən qaldırılan məsələlərə diqqət yetirməsidir. Bunun nəticəsində ölkə başçısı imzaladığı fərmanla ərazi bütövlüyü uğrunda vuruşan insanlara yüksək məhəbbətini, qayğısını bir daha nümayiş etdirdi”.

Millət vəkili vurğulayıb ki, şəhid ailələri ilə görüşdə I vitse-prezident Mehriban Əliyevanın da iştirak etməsi şəhid ailələrinə diqqət və qayğının göstəricisi idi:

“Mən televiziyalardan bu görüşü diqqətlə izlədim. Son dərəcə səmimi, yüksək səviyyədə keçən bu görüş hər kəsə mesaj oldu. Bu mesajın əsas mahiyyəti həm də ondan ibarətdir ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda, torpaqlarımızın işğaldan azad olunması üçün şəhid olan övladlarımızın ailələri dövlət tərəfindən hər zaman xüsusi diqqət və qayğı ilə əhatə olunub. Dünənki görüş heç şübhəsiz ki, bütövlükdə cəmiyyətimizə stimullaşdırıcı təsir bağışladı”.

29 Aprel 2025 İmamoğlu həbsdə qalsa, prezident bu şəxs olacaq - ŞOK İDDİA
29 Aprel 2025 Vatikanda ələ salınan Ermənistan prezidenti - İrəvanın gözləntisi
29 Aprel 2025 İstanbul səhlənkarlığa və laqeydliyə dözə bilməz - Ərdoğan
29 Aprel 2025 Putin Rusiyadakı miqrantlarla bağlı fərman imzaladı
28 Aprel 2025 Kəşfiyyat: Rusiya üç keçmiş sovet ölkəsinə hücum edəcək
28 Aprel 2025 Kim Çen In: “Əsgərlərimiz Kurskda qəhrəmanlıq hekayələri yazdılar”
28 Aprel 2025 İrandakı partlayışda ölənlərin sayı artdı
28 Aprel 2025 ABŞ Yəmənə zərbə endirdi - 30 ölü, 50 yaralı
28 Aprel 2025 Trampın 100 günü: Dünya başqa dünyadır - ABŞ-ın 47 -ci prezidenti nələr etdi, nələri edə bilmədi?
28 Aprel 2025 Dünyanın gözü bu gərginlikdə: Türkiyə Pakistana 6 təyyarə dolusu SİLAH GÖNDƏRDİ
28 Aprel 2025 İsrailli generaldan etiraf: HƏMAS-ı məğlub edə bilmədik
28 Aprel 2025 Makronun mühafizə rəisi “Qırmızı Bülleten”lə axtarışa verildi - ŞOK
28 Aprel 2025 Ermənistanı xəritədən siləcək dörd ssenari: Bütün variantlar onu Rusiyanın tərkibinə aparır
26 Aprel 2025 Dünya liderləri Romaya toplaşır - Fotolar - Yenilənir
26 Aprel 2025 Çernobıl AES-də baş verən qəzadan 39 il ötür
25 Aprel 2025 Tramp ermənilərin gözləntilərini puç etdi
25 Aprel 2025 Paris Bakıdan ehtiyat edir, səbəb isə... - Fransalı ekspert
25 Aprel 2025 İstanbulda Rusiya-Türkiyə danışıqları başladı
25 Aprel 2025 Ermənistan sadəcə olaraq yox olacaq - Yeqanyan
25 Aprel 2025 ABŞ-la Paşinyan razılaşdı - AES əvəzinə hakimiyyət...

Xəbər lenti