|
ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Boltonun mətbuat konfransı zamanı əlində görünən qeyd dəftəri dünya miqyasında geniş müzakirələrə səbəb olub.
Axar.az xəbər verir ki, qeyddə “Kolumbiyaya 5 min hərbçi” yazısı yer alıb.
Məsələyə münasibət bildirən Pentaqon rəsmiləri bununla bağlı Boltonla hər hansı müzakirənin aparılmadığını bildiriblər.