|
Nüvə razılaşmasının pozulması və bu durumun İranda iqtisadi problemlərin dərinləşməsinə səbəb olmasının Avropa ilə region üçün ağır nəticələri olacaq.
Axar.az xəbər verir ki, bu sözləri İran XİN rəhbərinin müavini Seyid Abbas Araqçı deyib.
O bildirib ki, ABŞ-ın sanksiyaları səbəbindən hələ ki, Avropa şirkətləri və İran arasındakı pul dövriyyəsinə həll yolu tapılmayıb.