|
Rusiya Xarici İşlər nazirinin müavini Sergey Ryabkov ABŞ Dövlət katibinin müavini Andrey Tompsonla görüşəcək.
Axar.az xəbər verir ki, bunu Ryabkov jurnalistlərə açıqlamasında deyib. Görüşün sabah Pekində baş tutacağı vurğulanıb.
Qeyd edək ki, bundan öncə Ryabkov Brüsseldə NATO nümayəndələri ilə görüş keçirib.