|
Avropa Birliyi (AB) “terrorizmin maliyyələşdirilməsi” və “qaçaq yolla gəlir əldə edilməsi” ilə mübarizədə uğursuz olan ölkələr siyahısına Səudiyyə Ərəbistanını da daxil etməyi planlaşdırır.
Axar.az xəbər verir ki, bu barədə “Faynənşl Tayms” məlumat yayıb.
Bildirilib ki, AB Komissiyası bu yöndə olan və 20-dən çox ölkəni əhatə edən siyahını tamamlamaq üzrədir.
Komissiya Ər-Riyadı administrasyasını da siyahıya əlavə etmək məqsədi güdsə də, Almaniya, Fransa və İngiltərənin bu qərara qarşı çıxdığı deyilib.