![]() |
|
ABŞ Əfqanıstanda prezident seçkilərinə qədər taliblərlə sülh razılaşması imzalamaq istəyir.
Axar.az xəbər verir ki, bu sözləri ABŞ-ın Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zalmay Xəlilzad bildirib.
“Sülh razılaşması mənim fikrimcə, nə qədər tez olsa, o qədər yaxşıdır. Seçkiyə qədər sülh razılaşmasının imzalanması çətin olacaq. Lakin bu, Əfqanıstan üçün məqbul sayılardı”, - Xəlilzad bildirib.
Qeyd edək ki, Əfqanıstanda prezident seçkilərinin iyulda keçirilməsi gözlənilir.