|
Ukraynada prezidentliyə namizəd Oleq Lyaşko hazırkı Prezident Pyotr Poroşenkonun seçki qərargahını seçicilərlə görüş zamanı təxribat hazırlamaqda ittiham edib.
Axar.az xəbər verir ki, bu barədə RİA informasiya yayıb.
“Mənim vətəndaşlarla görüşlərim zamanı təxribatlar hazırlanır. Bunu Poroşenkonun qərargahı edir. Ukraynalılardan oğurlanmış pullarla çirkli təxribatlar və seçicilərin səslərini kütləvi şəkildə alınmasını təşkil edəcəklər”, - Lyaşko bildirib.