![]() |
|
2018-ci ildə İran və ABŞ arasındakı ticarət ötən ilə nisbətən təxminən 3 dəfə artaraq 500 milyon dollar yüksəlib.
Axar.az xəbər verir ki, bu barədə məlumat ABŞ Ticarət Nazirliyinin bloqunda yer alıb.
ABŞ Statistika Bürosu tərəfindən təqdim olunan rəqəmlər İranla ticarətin 2018-ci ilin 11 ayında 188 faiz artdığını göstərir. İki ölkə arasındakı ticarət 2017-ci ilin yanvar-noyabrında 174.6 milyon dollar idisə, 2018-ci ildə bu rəqəm 3 dəfə artaraq 503.1 milyon dollara yüksəlib.
Məlumata görə, ABŞ-ın 2018-ci ilin yanvar-noyabr aylarında İrandan idxalatı 23 faiz artımla 67.8 milyon dollara çatıb. 2017-ci ilin 11 ayında isə bu rəqəm 54.7 milyon dollar olub.