|
ABŞ-ın dövlət borcu yenidən rekord həddə 22,012 trilyon dollara çatıb.
Axar.az xəbər verir ki, bu məlumatı ABŞ Maliyyə Nazirliyi yayıb. Məlumata görə, 2019-cu ilin fevralın əvvəlində ABŞ-ın borcu 90 milyard dollardan çox artıb. Belə ki, son 11 ay ərzində ölkənin borcuna 1 trilyon dollar da əlavə olunub.