|
Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman Pakistana səfərini bir günlük təxirə salıb.
Axar.az xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyi məlumat yayıb. Vəliəhdin heç bir izahat gətirmədən səfərini təxirə saldığı vurğulanıb. Şahzadənin sabah İslamabada gələcəyi və iki gün Pakistanda qalacağı bildirilib.
Qeyd edək ki, səfər zamanı vəliəhdin milyardlarla dollarlıq investisiya razılaşmasına imza atması gözlənilir. Onun buradan Hindistana səfər edəcəyi bildirilir.