|
Rusiya maraqlarını nəzərə alaraq Berlin və Paris Kiyevin NATO-ya qəbuluna etiraz etdilər.
Axar.az xəbər verir ki, bu sözləri Münhen Təhlükəsizlik Konfransı çərçivəsində alman siyasətçi Aleksandr Lambsdorf deyib.
“Bəlkə də Ukrayna NATO üzvü olsa, indiki kimi problemləri olmayacaqdı. Buna görə də Kiyevin məsələ ilə bağlı nə düşündüyünü anlayıram. 2008-ci ildə Almaniya və Fransa Ukraynanın alyansa üzv ola bilməyəcəyini dedilər. O vaxt bir çoxları bunun səhv olduğunu söylədi. Biz bunu Rusiya maraqlarını nəzərə alaraq etdik”, - Lambsdorf bildirib.