|
Avropa Birliyinin Rusiyaya qarşı sanksiyaları həmişəlik qüvvədə qalmamalıdır, amma onların ləğvi vaxtı da hələlik yetişməyib.
Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında AB-nin Xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini deyib.
“Sanksiyalar həmişəlik qalmamalıdır. Nə vaxtsa onlar ləğv ediləcək, amma hələlik bunun üçün şərait yetişməyib. Biz hələlik situasiyanın pozitiv inkişafını görmürük”, – deyə o bildirib.