|
Çeçenistan lideri Ramzan Kadırov bir neçə günlük işdə olmamasına aydınlıq gətirib.
Axar.az xəbər verir ki, Kadırov 11 fevraldan Baş nazir Müslüm Xuçiyevi öz yerinə əvəzedici təyin edib.
“Dağ zirvəsinə ikigünlük səyahət etdim. Qar və güclü külək səbəbindən azca xəstələndim – temperatur və qrip”, - Kadırov Teleqram kanalında yazıb.
Kadırovun sözlərinə görə, artıq 16 fevraldan iş başındadır.