|
Venesuelada sosializm ölür, azadlıq və demokratiya yenidən oyanır.
Axar.az xəbər verir ki, bunu Florida Beynəlxalq Universitetində çıxışı zamanı ABŞ Prezidenti Donald Tramp deyib.
“Biz burada ona görə toplaşmışıq ki, Latın Amerikasında yeni günün başladığını elan edək. Venesuela və bütün Qərb yarımkürəsində sosializm ölür, azadlıq və demokratiya yenidən oyanır”, – deyə o bildirib.