|
Ermənistanın Baş naziri Nikol Paşinyan mart ayının 1-də 2008-ci ildə 10 nəfərin ölümünə səbəb olmuş hadisələrə həsr olunmuş yürüş elan edib.
Axar.az xəbər verir ki, bu barədə Nikol Paşinyan Feysbuk səhifəsindəki canlı yayım zamanı bildirib.
Paşinyanın sözlərinə görə, müzakirələr zamanı həmin gün Azadlıq meydanından Myasnikyan abidəsinə qədər böyük vətəndaş yürüşü keçirilməsi qərara alınıb.
Martın 1-i saat 18:30-da başlayacaq yürüş çərçivəsində həmçinin Paşinyanın xalqa xüsusi müraciətlə çıxış edəcəyi bildirilir.