|
Heç kimə dövlət başçısı olmağı arzulamazdım.
Axar.az xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko Hərbi Akademiyanın kursantları ilə görüşü zamanı deyib. O, oğlanlarının prezident vəzifəsini tutmaq istəmədiyini bildirib:
“Prezident həyatını anlamaq üçün onu yaşamaq lazımdır, amma bunu heç kimə arzulazmazdım. Administrasiyamın rəhbəri prezidentin gündəlik qrafikini tərtib edir. Əgər hansısa problemləri həll etmək lazımdırsa, şənbə və bazar günü də çalışmalı oluruq. Prezident gərək təcrübəli və təhsilli olsun. Başlıcası odur ki, gərək o, düşünməyi bacarsın”.
Qeyd edək ki, Lukaşenkonun üç oğlu var.