"Qazaxıstan prezidenti Nursultan Nazarbayevin son addımları Kremli narahat etməyə bilməz.

Nazarbayev sözdə Rusiyanı müttəfiq dövlət adlandırır, ancaq son vaxtlar əlindən gələni edir ki, bu dövlətdən asılı olmasın. Doğru da edir. Rusiya ilə müttəfiqlik kimə xeyir gətirib ki? Nazarbayev son çıxışlarında türkçülükdən və türk etnosunun böyüklüyündən çox danışır, gənclərə bununla bağlı öyüd-nəsihət verir."

Teleqraf.com xəbər verir ki, bunu siyasi ekspert Elxan Şahinoğlu Qazaxıstan prezidenti Nursultan Nazarbayevin son vaxtlar sərgilədiyi siyasəti şərh edərkən bildirib.

Onun sözlərinə görə, Nazarbayev sanki bununla əlaqədar bir neçə il əvvəl “vaxtilə Qazaxıstan adlı dövlət olmayıb” deyən rusiyalı həmkarı Putinə mesaj göndərir ki, “biz böyük xalqıq və qazax türkləri ilə hesablaşmalısan”.

"Qazaxıstanın şimalında rusların sayı çoxdur. Nazarbayev son illərdə həmin bölgələrdə qazaxların artımına ciddi diqqət yetirir. Üstəgəl Nazarbayevin bugünlərdə hökuməti istefaya göndərməsi də Kremldə bu sualı gündəmə gətirib: “Nazarbayev nə etmək istəyir, beynindəki plan nədən ibarətdir?”. Məsələ burasındadır ki, yaşlı Nazarbayev özünə varis seçməlidir və Kreml ehtiyat edir ki, bu seçim Rusiyanın maraqlarına uyğun olmaya da bilər. Nazarbayevin son qərarı da diqqəti çəkir. Qazaxıstan milli pul vahidinin üzərindən rus dilindəki yazılar çıxarılıb. O biri tərəfdən Nazarbayev dönə-dönə deyir ki, qazaxlar 3 dildə danışmağı bacarmalıdırlar: qazax, rus və ingilis. Halbuki, əvvəllər yalnız iki dilin vacibliyindən danışılırdı. Nazarbayev hökumətin və parlamentin iclaslarının qazax dilində aparılması tələbini də qoyub. Bir sözlə Nazarbayevin başçılığı ilə Qazaxıstanda milli oyanış prosesi gedir", deyə E.Şahinoğlu qeyd edib.

29 Aprel 2025 “İstanbul üçün vaxt daralır” – Professor Naci Görürdən 7.5-lik dəhşətli zəlzələ xəbərdarlığı
29 Aprel 2025 ABŞ-a heç bir güzəştə getməyin – Çindən çağırış
29 Aprel 2025 Asiyada gərginlik ARTIR: Hindistandan Pakistana ŞOK QADAĞA
29 Aprel 2025 Ərdoğan İtaliyaya getdi
29 Aprel 2025 Köçəryandan İLGİNC açıqlama: Müharibənin dayandırılmasını istədim, amma…
29 Aprel 2025 İmamoğlu həbsdə qalsa, prezident bu şəxs olacaq - ŞOK İDDİA
29 Aprel 2025 Vatikanda ələ salınan Ermənistan prezidenti - İrəvanın gözləntisi
29 Aprel 2025 İstanbul səhlənkarlığa və laqeydliyə dözə bilməz - Ərdoğan
29 Aprel 2025 Putin Rusiyadakı miqrantlarla bağlı fərman imzaladı
28 Aprel 2025 Kəşfiyyat: Rusiya üç keçmiş sovet ölkəsinə hücum edəcək
28 Aprel 2025 Kim Çen In: “Əsgərlərimiz Kurskda qəhrəmanlıq hekayələri yazdılar”
28 Aprel 2025 İrandakı partlayışda ölənlərin sayı artdı
28 Aprel 2025 ABŞ Yəmənə zərbə endirdi - 30 ölü, 50 yaralı
28 Aprel 2025 Trampın 100 günü: Dünya başqa dünyadır - ABŞ-ın 47 -ci prezidenti nələr etdi, nələri edə bilmədi?
28 Aprel 2025 Dünyanın gözü bu gərginlikdə: Türkiyə Pakistana 6 təyyarə dolusu SİLAH GÖNDƏRDİ
28 Aprel 2025 İsrailli generaldan etiraf: HƏMAS-ı məğlub edə bilmədik
28 Aprel 2025 Makronun mühafizə rəisi “Qırmızı Bülleten”lə axtarışa verildi - ŞOK
28 Aprel 2025 Ermənistanı xəritədən siləcək dörd ssenari: Bütün variantlar onu Rusiyanın tərkibinə aparır
26 Aprel 2025 Dünya liderləri Romaya toplaşır - Fotolar - Yenilənir
26 Aprel 2025 Çernobıl AES-də baş verən qəzadan 39 il ötür

Xəbər lenti